Beləki, Volkswagen-in bununla bağlı çox sadə planı var - Siz, şarj doldurma stansiyasına gedəcəyinizə, o sizə gəlsin!
Chip.az bildirir ki, alman avtomobil nəhəngi Volkswagen (VW), avtomobillərin enerji yığma problemi ilə bağlı olduqca fərqli bir idea üzərində işlər görür. Nəhəng powerbank stansiyaları həm avtomobili şarj etmə, həm də istənilən yerə daşınama bilmə imkanlarından yola çıxaraq bu istiqamətdə işlərə başlayıb.
Nəzərə alsaq ki, hazırda elektrik enerjisi yükləmə məntəqələri metropolislərdə azlıq təşkil edir. Eləcədə digər avtomobillərə nisbətən doldurulma müddəti daha çoxdur, bu ideanın reallaşdırılması zamana qənaət etməyə imkan verəcək.
Bu portativ DC şarj stansiyaları avtomobili olduğu yerdə enerji yığmasına imkan verəcək. Şirkətdən verilən məlumata görə yeni texnologiya sayəsində bir enerji ilə işləyən avtomobil 17 dəqiqədə tam şarj ola biləcək. Şarj stansiyaları bütövlükdə 15 avtomobilə enerji yığmağa imkan verəcək və stansiyanın enerji ehtiyyatı bitəndə Volkswagen stansiyası yenis ilə əvəz edəcək. Bununla yanaşı 30 kwh-lik hər hansı bir alternativ axın, stansiyanın enerji təminatını qarşılayacaq.
Qeyd edək ki, Volkswagen-in sözü gedən şəbəkəni qura bilməsi üçün, 2 milyard dollardan çox pul xərcləməsi gözlənilir. Bu məsələdə daha idealı olan Volkswagen, həm Teslaya rəqib olmağı, həm də Diesel-gate qalmaqalından sonra yenidən özünü doğrulamağı hədəfləyir.
Sevinc Baba-zadə