Rolls-Royce, elektrik enerjisi ilə çalışan, təyyarə üzərində işlər görür

  • 03 Yanvar 2019

Rolls Royce, avtomobil istehsalçısı kimi tanınsada, gəmi və təyyarə mühərrikləri istehsalında daha peşəkar marka olduğu deyilə bilər. Beləki, Rolls Royce, bu gün dünya rekorduna imza atmaq üçün böyük səy göstərir.

Qeyd edək ki, dünyanın ən sürətli elektriklə işləyən təyyarəsi Siemens-ə məxsusdur. Siemens-in saatda 338 kilometrlik yol ala bilməsi, 2017-ci ildə rekorda rəsmi imza atdı.

Chip.az bildirir ki, Rolls-Royce, bunu növbəti səviyyəyə daşımağa hazırlaşır.

Təyyarənin quruluşunda ən mühüm mərhələ gəldi - 6000 ədəd batareya təyyarəyə yerləşdirilməsinə. Bu sistem  uğurlabquraşdırıldıqdan sonra, 750 kVt güc əldə ediləcək və Londondan Parisə uçmaq üçün kifayət qədər enerji  təminatına imkan yaradacaq. Hər şey yaxşı gedərsə, 2400 RPM-də işləyən pərvanələr,  hazırda Siemens-ə məxsus rekordu 2020-ci ildə əlindən alacaq.

İlk sınaq uçuşu, bu il Böyük Britaniyanın Uels sahilində baş tutacaq.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır