Chip.az bildirir ki, bu haqda qadağanın çoxdan qərarlaşdırılmış olmasına baxmayaraq bir cox iranlı xarici internet ünvanı ilə platformadan istifadə etməyə davam edirdi.
Beləki, son zamanlar tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, hesabların bağlanmasına nail olmadıqlarını bildirən İran Baş Prokurorun Müavini Cavad Cavidniya: "An etibarilə əlimizdə İnstagram-a daxil olmağı əngəlləyəcək lazımi məhkəmə qərarı var!”- deyə bildirib.
İran Hökumətində hazırda Twitter, Facebook və Telegram hesablarından da istifadəni qadağa edib. Maraqlısı budur ki, bu platformaların əngəllənməsinə baxmayaraq ölkənin yüksək səviyyəli rəhbərləri - İran lideri Ali Hamney, Prenzidenti Hasan Rouhani, Xarici İşlər Naziri Məhəmməd Javad Zarif və daha bir çox İran hökuməti nümayəndələri tərəfindən fəal istifadə edilir.
Məsələ ilə bağlı fikir bildirən Rabitə və İnformasiya Texnologiyaları Nazirinin sözlərinə görə İnstagramın ölkədə qadağan edilməsinin xalqın həyatına və cinayətkarlığın azaldılmasına necə təsir göstərəcəyini cəmiyyətə açıqlanmalıdır.
Qeyd edək ki, İran hökuməti, İnstagram-a bənzəyən sosial media platforması üzərində işlədikləri ilə bağlı məlumatda yayımlayıblar.
Sevinc Babab-zadə