2023-cü ildə Uber, uçan taksi xidmətinə başlayacaq

  • 29 Dekabr 2018
  • 69

Ölkənin hava təhlükəsizlik xidmətini həyata keçirən orqan - CASA (Civil Aviation Safety Authority), məsələyə olduqca isti baxdıqlarını və bu layihəyə başlamaq üçün heç bir maneənin olmadığını bildirib.

Chip.az bildirir ki, Uber, hava nəqliyyatı istiqamətində həll yollarını araşdırıb və layihənin gündəlik istifadə oluacaq səviyyəyə gətirildiyini açıqlayıb. Bundan sonra şirkət, hava taksi layihəsini reallaşdıra bilmək üçün, əhali, həmçinin nəqliyyat sıxlığı çox olan və bəzi digər meyarlarıda dəyərləndirdikləri 5 ölkə seçiblər. Bu ölkələr arasında yer alan Avstraliya, hava taksi xidmətinin həyata keçirməsi üçün yaşıl işıq yandırıb.

Beləki, CASA, uçan taksi xidmətini olduqca etibarlı və reallaşdırıla bilinəcək layihə olduğunu bildiriblər. Bu səbəbdən gündəlik həyatda istifadə olunan şəhər tıxacına olduqca faydalı olacağını, insanların daha sürətli və təhlükəsiz nəqliyyat xidməti ilə mənzil başına çatacaqlarını təmin edəcəyini düşündükləri layihəni həyata keçirmək üçün işə başladılar. 5 il içərisində bütün sistemin hazır olması və istifadəyə verilməsi planlaşdırılır.

Uçan taksilər eynilə vertolyotlar kimi xidmət göstərəcək. Aralarındakı mühüm fərq isə bu xidmətin daha ucuz olmasıdır. İlk zamanlar taksilərdə problem yaranmaması və cəld müdaxilə edə bilməsi üçün bir pilot da əyləşəcək. Uzun uçuşların və təcrübənin sonunda, bir gün bu taksilərin tamamilə sürücüsüz şəkildə xidmət göstərə bilməsi də planlaşdırılır.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İlklər

Yeni şrift mətni daha yaxşı yadda saxlamağa kömək edəcək

“Sans Forgetica” adlanan şriftə hazırda yalnız latın əlifbası hərfləri və rəqəmlər daxildir. Yeni şrifti universitetin saytında yükləmək mümkündür.

İlk ağıllı pul kisəsi təqdim olunub

OraSaifu adlı qurğu pul kisəsi və ödəniş metodlarına yeni baxış təqdim edir. Rəngli displeyə malik kiçikölçülü smartfona oxşayan bu cihaza debet və kredit kartlarının

Yeni dəri xərçəngi üçün həyat xilas edən erkən diaqnostika üsulu

Melanoma erkən mərhələdə müəyyən edərək xərçəngin ölümcül fazaya çatmadan müalicə edilməsini təmin edən qan testi inkişaf etdirildi. Test 82% kimi olduqca yüksək nailiyyət

LG dünyanın ilk 1 ms IPS ekrana sahib monitorunu təqdim etdi

Hər ötən gün oyun sektoru sürətli inkişaf etməyə davam edir.

Chip.az xəbər verir ki, texnologiya istehsalçılarının yeni məhsulları ilə

ABŞ-da İlk kripto kafe açıldı

ABŞ-ın Florida ştatında ilk dəfə olaraq Smart Crypto Cafe adlı kripto kafe açıldı.