Nə az, nə çox, düz 6 kameralı Nokia 9 PureView-un təqdimatına az qalıb

  • 29 Dekabr 2018

Chip.az bildirir ki, Nokia 9 PureView-in, yanvar ayının son həftəsi təqdimatı gözlənilir.

Qeyd edək ki, HMD (Head Mounted Displays) Global ilə ağıllı telefon bazarına sağlam geri dönüş edən Nokia, yeni telefonu ilə diqqətləri üzərinə toplamağı bacarıb. Yayılan məlumatlara görə təqdimat 2019-cu lin ilk iki texnologiya sərgisində (yanvar ayının əvvəlində Las Veqasda, mart ayının əvvəlində Barselonada) keçiriləcək.

Daha əvvəl dizaynı haqqında yayılan məlumatlara görə, 5.9-düyümlük ekrana sahib olacaq Nokia 9 PureView, Nokia 8-dən daha incə dizaynla qarşımıza çıxacaq. Nokia 9 Pureviewin ən diqqət çəkən xüsusiyyəti şübhəsiz ki, arxa kameralar dəstidir. Elə bu səbəbdən də ən çox maraqla gözlənilən bu 5 arxa kamera ilə nələr edilə biləcəyidir. Sızdırılan digər məlumatlara görə Nokia 9 PureView, Snapdragon 845 ilə birlikdə 8GB Ram və 128 GB yaddaş özəlliklərinə sahib olacaq. 5 arxa kamerayla yanaşı ön kamerasında da iddialı olan Nokia 9 PureView, 12 MP-lik bir ön kameraya sahib olacaq. 4150 mah batareyası uzun müddət istifadəyə yararlı enerjidən xəbər verir.

Beləki, ağıllı telefon bazarında indidən adı çəkilən Nokia 9 PureView-un təqdimatına sayılı günlər qalıb.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır