Chip.az bildirirki, İnstagram platformasının meneceri Adam Mosseri tərəfindən verilən açıqlamaya görə, bu funksiyalar test xaraxterli idi və səhvən çoxluq təşkil edən hesabların istifadəsinə verilib. Hazırda istifadədən qaldırılsada bəzi hesablarda qalma ehtimalına qarşı “Əgər hələdə bu funksiyalar bəzi istifadəçilərin hesabında açıqdırsa, proqramı yenidən yükləssinlər.” deyə bildirib. Qeyd edək ki, bu yeniliklər, İnstagram hesablarının ana səhifəsini hekayə bölməsində olduğu kimi keçidlər etməyə imkan verən özəllikdən ibarət idi.
Beləki, İnstagram istifadəyə verildiyi gündən ənənəvi aşağıdan yuxarıya doğru ana səhifəni izləmə imkanlarını, indi tək toxunuşla çevirməyə imkan yaradacaq funksiya ilə əvəz etmək istəyir. Bundan başqa hekayələrin altına yerləşdirilən paneldə istifadəçinin nə qədər paylaşım izlədiyi görünəcək. Həmçinin istifadəçilər paylaşımlara edilən şərhləri görmək üçün ekranı yuxarı doğru hərəkət etdirə biləcəklər. Bu yeni özəlliklər istifadəçilərə bir anda yalnız bir paylaşım izləməyə imkan yaradacaq. Hazırda tam formada bu yeniliklərin hesablara nə zaman yüklənilməsi vəistifadəçilərin ixtiyarına verilməsi ilə baəlı dəqiq məlumat yoxdur.
Sevinc Baba-zadə