​SOCAR nanohissəciklərin istehsalına başlayıb

  • 28 Dekabr 2018
  • 85

Chip.az Metbuat.az -a istinadən xəbər verir ki, tədbirdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, vitse-prezidentlər Bəhram Hüseynov və Yaşar Lətifov, yeni avadanlığın hazırlanması layihəsində SOCAR-ın tərəfdaşı olan Rusiyanın “Rostovıye Texnologiyi” şirkətinin baş direktoru Pavel Fyodorov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun və “Nanotexnologiyalar” Departamentinin rəhbərliyi iştirak edib.

SOCAR-ın Baş ofisinin “Nanotexnologiyalar” Departamenti 2016-2020-ci illər üçün “Nanoneft” proqramı çərçivəsində növbəti illərdə nanotexnologiyaların tətbiq istiqamətlərinin və coğrafiyasının daha da genişləndirilməsini, bununla bağlı istifadə ediləcək metal nanohissəciklərin miqdarının xeyli artacağını nəzərə alaraq, Rusiyanın “Rostovıye Texnologiyi” şirkəti ilə birgə nanohissəciklər istehsal edən yeni avadanlıq layihələndirmiş, eyni zamanda avadanlıq üçün elektrik partlayışı üsuluna əsaslanan istehsal texnologiyası işləmişdir. “Neftqazelmitədqiqatlayihə” İnstitutunda quraşdırılan bu avadanlıg müxtəlif ölçülü metal nanohissəciklərini istehsal etməyə imkan verir. Texnoloji proses zərərli kimyəvi maddələrdən istifadə etmədən az miqdarda inert qaz sərf etməklə qapalı şəraitdə aparılır. Yeni avadanlıqda xüsusi səth sahəsi 25-30 m2/qr olan,20-100 nm ölçülü müxtəlif metalların nanohissəcikləri istehsal ediləcəkdir. Əldə edilən nanohissəciklər daha sonra qazma, hasilat və digər istehsalat proseslərinin səmərəsini artırmaq üçün nanosistemlərin hazırlanmasında istifadə olunacaq.

SOCAR-ın birinci vitse prezidenti, akademik Xoşbəxt Yusifzadə demişdir: “İki illik əməyin nəticəsi olan,metal və qeyri-metal nanohissəcikləri istehsal edən avadanlığın istismara verilməsi bu sahədə çəkilən xərclərin azaldılması və xaricdən asılılığın aradan qaldırılmasına xidmət edir. Bu avadanlığın məhsulundan gələcəkdə ölkə daxilində digər qurumlar da istifadə edə bilərlər”.

Qeyd edək ki, SOCAR-ın Baş ofisinin “Nanotexnologiyalar” Departamenti neft-qaz sənayesində nanotexnologiyaların işlənməsi, tədqiqi və tətbiqi ilə məşğuldur. Departamentdə işlənmiş metal nanohissəciklər əsaslı nanosistemlər hasilat, qazma, neftin nəqli, neft-kimya və ekologiyada tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

The Lion King filminin ilk rəsmi fraqmenti yayımlandı

Keçən ilin sonlarından ekranlaşdırılacağı ilə bağlı xəbərlər  bu animasiyanı sevərləri yenidən ekran q

Game Passa təqdim olunacaq oyunların adları açıqlandı

Microsoft E3 mətbuat konfransında Xbox Game Passın kompüter versiyası haqqında açıqlamalar verib.

Chip.az xəbər verir ki, 100-ə qədər oyuna

Fast & Furious 9 çəkilişlərində baş verən qəza çəkimlərin dayandırılmasına səbəb oldu

Fast & Furious 9 (Sürətli və Qəzəbli 9) filminin çəkilişlərində baş verən dəhşətli qəza çəkilişlərin dayandırılmasına səbəb

HBO-dan yeni serial gəlir

8-ci mövsümün finalını edən və son mövsümü ilə pərəstişkarlarını çox məyus edən serial Game of Thrones-un keçmişindən bəhs edən serial hər kəs tərəfindən maraq

Joker filminin 18+ olacağı təsdiqləndi

Warner Bros DC kainatını kinoda da canlandırmaq üçün çalışmalarını davam etdirir.

Chip.az xəbər verir ki, şirkət Jarde Letonun ümumiyyə