2019-cu ildə ilk dəfə Jetpack yarışlarının keçirilməsi gözlənilir

  • 27 Dekabr 2018

Chip.az, bu barədə GTA (Grand Theft Auto) tərəfindən verilən məlumatı təqdim edərək, bildirir ki,: Jetpack yarışları üçün çox gözləmək lazım olmayacaq. JetPack Aviation qrupu, uzun müddətdir 2 jetpackin bərabər yarışması üçün şərait yaradaraq təhlükəsizlik və yaxınlıq məsafəsi testlərini davam etdirirdi. Olduqca uğurlu keçən proses sonunda, yarışlar üçün uyğun tarix, 2019-cu il seçildi.

Təxmin edəcəyiniz kimi bu yarışların ən mürəkkəb tərəfi, iki jetpackin bir-birilərinin mənzilinə girəndə müvazinət itkisinə və ölümcül qəzalara səbəb olma ehtimalıdır. Beləki, JB seriyalı jatpacklərlə iki sürücünün nə qədər bir-birilərinə yaxınlaşarsa hər hansı bir risqə məhəl verməyəcəyi xüsusi dəstə tərəfindən təsdiq edilib.

Qeyd edək ki, JPA-nın test prosesində istifadə etdiyi jetpackler, 320 km/s sürətə və təxminən 1.500 m hündürlüyə qalxan vasitələrdir.

Gələcəkdə bu tip vasitələrin birincilik üçün mübarizə apardığını izləmək olduqca həyəcanlı görünür. Hələ ideal səviyyəyə çatmaq üçün çox tez olsada, qrupun yaydığı rəsmi video ilə işlərin olduqca ciddiyə alındığı görünür:

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır