Barmaq izi oxuma funksiyalı telefonların tarixçəsi Motorola Atrix ilə başlamış olsa da iPhone 5-in sensorları ilə birlikdə bazarda ciddi bir şəkildə tanınmağa başlayıb. Beləki, eynilə Apple kimi, Hyundai-də bu sahədə sektorun rəhbəri olmağı planlaşdırır.
Chip.az bildirir ki, 2019-ci ildən etibarən yolların tozunu alacaq Hyundai Santa Fe-lərin bəzi ölkələrdəki (ABŞ daxil) modellərində barmaq izi sensoru olacaq. Barmaq izi ilə qapılar açılıb, bağlana biləcək və motor işə düşəcək.
Təhlükəsizlik əlbəttə ki, ağla gələn ilk suallardan biridir. Hyundai, qurduğu sistemə çox güvəndiklərini və başqa birinin barmaq izi ilə açılma və avtomobilin işə düşmə ehtimalının 50.000-də 1 olduğunu bildirib. Ancaq Hyundai, birinin belə bir əməliyyata çalışacağını belə düşünmür: "Çünki, bu sistemi açmaq, bir hackerin Smartkey-ə hücüm etməsindən belə daha çətindir."
Qeyd edək ki, gələcək zamanlarda Hyundai, avtomobilin içərisindəki digər sistemləridə sensorlu idarə etmə formasına gətirməyi düşünür.
Deyək ki, maşınınızı birinə əmanət etdiniz, amma kondisioner ayarları və ya digər funksiyalarla oynamasını istəmirsiniz. Bu zaman barmaq izi müdafiə sistemini qoşaraq, rahat şəkildə avtomobilinizi kiməsə əmanət edə bilərsiniz.
Sevinc Baba-zadə