Chip.az bildirir ki, növbəti ay keçiriləcək CES Electronics Show, bir çox şirkətə ev sahibliyi edəcək və bir çox yeni texnoloji yeniliklərin təqdimatına səhnə olacaq. Sərgidə yer alacaq şirkətlər arasında Kia markalı avtomobillərin sözü gedən yeni texnologiya ilə tanıdılacağı bildirilib.
Kia, süni zəka və gələcəkdə avtomatik idarə etmə sisteminin üstünlüyünü nəzərə alaraq, bunu istehsal etdiyi nəqliyyat vasitələrinə tətbiq edib. Bu süni intellekt sistemi, sürücülərin hisslərini anında oxuyacaq şəkildə qurulub.
R.E.A.D. adlı bu texnologiyanın hazırlanmasında Kia və Massachusetts Institute of Technology birgə əməkdaşlıq edib. İnsan duyğularına uyğun şəkildə imkanları dəyişdiyi bildirilən bu sistem, avtomobilin salonunu ən konfortlu hala gətirir və istifadəçilərin hər birinə fərdi yanaşma imkanı verir.
Sevinc Baba-zadə