Chip Azərbaycan texnologiya jurnalının təqdimat mərasimi keçirilib

  • 26 Dekabr 2018

Chip.az bildirir ki, təqdimat İT sahəsində tanınan aparıcı Vüsalə Səidin təqdimatında baş tutub. Həm Chip jurnalının, həm də chip.az saytının direktoru olan Xəyalə Nəsirli jurnalın məqsədi, həmçinin gələcək fəaliyyəti barədə ətraflı məlumat verib. Xəyalə xanım eyni zamanda jurnalın yaradılması ilə Azərbaycanda mövcud İT aləmini bir yerə cəmləyərək yeni layihələr istiqamətində gələcək planlardan söz açıb. O qeyd edib ki, hazırda Azərbaycan dilində dərc olunan yeganə texnologiya jurnalı olan Chip-in məqsədi bütün texnologiya, İT şirkətlərini bir araya toplayaraq, texnologiya sahəsində olan yeniliklərdən birlikdə xəbər tutmaq və birgə inkişafa nail olmaqdır. Tədbir bir sıra şirkət rəhbərlərinin nitqi ilə davam edib. Bəzi gənc startapçıların və şirkətlərin stendləri qurulan təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, jurnalın ilk sayı 1000 tirajla buraxılıb və 10 jurnalın içərisinə uduşlu hədiyyə qoyulub. Hədiyyələr üçün nəzərdə tutulan kodu oxutdurarkən sizdəki uduşsuz koddursa, chip.az saytına yönəldilirsiniz. Əgər həmin kod uduşludursa, bu zaman ekranda QALİB sözü yazılır.

Həmçinin tədbirə qatılanlar üçün jurnalın ilk nömrəsi və Coffe break hədiyyə olunub. Sonda texnoloji dizaynda hazırlanmış tort Chip kollektivinin əhatəsində kəsilib.

Təqdimatdan çəkilən fotolara bu linkdən baxa bilərsiniz.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır