Yazuki platforması 2020-ci il Tesla Roadster görüntülərini yayımlayıb

  • 21 Dekabr 2018

Chip.az bildirir ki, Tesla-nın Roadster ilə super idman avtomobil bazarına iddialı bir giriş edəcək olması, həm idman avtomobil istehsalçılarına, həm də həvəskarlarına təsir edir. Bu səbəbdən bir Tesla heyranı olan video paylaşım platforması Yazuki, Tesla Roadster təqdimat videosu ilə onun  necə bir idman avtomobili kimi görünəcəyini əks etdirib. Həmin videoya bu linkdə baxa bilərsiniz.

Qeyd edək ki, Tesla, minik avtomobilləri ilə asfaltları çoxdan isitməyə başlamış olsa da yollara çıxanda digər avtomobillərin qarajlarda gizlənməsinə səbəb olacaq super idman avtomobili Tesla Roadster-in istehsalına hələ başlamayıb.

Tesla Roadster, 3 elektrik mühərriyi və 200 kwh-lıq  nəhəng bir batareyası olan rəqibsiz bir idman avtomobilidir. 0-dan saatda 100 kilometr sürətə yalnız 1.9 saniyədə çıxan bu inanılmaz avtomobil, maksimum 400km/san sürətə çıxır  və 1 enerji yığımı 1000 kilometrə yaxın yol qət etməyə imkan verir.

Tesla Roadster-i avtomobil həvəskarları üçün xüsusi edən  digər  məqam isə qiymətidir.  McLaren 720S və Ferrary 812 Superfast, 300 min dollar qiymət etiketinə sahibdirsə, Tesla Roadster-in satış qiyməti yalnız 200 min dollaradır.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır