Elon Maskın Hyperloop layihəsi, ilk test mərhələsindən keçdi

  • 19 Dekabr 2018

Bir müddətdir Amerika  Birləşmiş Ştatlarının ən böyük ikinci şəhəri olan Los-Ancelesin altını qazmaqda olan Elon Muskın təsisçisi və İcraçı Direktoru olduğu Boring Company, nəhayət, məqsədinə çatmağı bacardı.

Şirkət, elektrikli avtomobilləri, motosikletləri, piyadaları və velosipedləri yerin altından saatda 240 kilometr sürətlə məsfəni qət etmələrinə imkan yaradacaq Hyperloop-un açılışını bu gün həyata keçirilib.

Chip.az bildirir ki, şəhər içində 240km/san sürətlə avtomobil idarə etməyə imkan verən Hyperloop layihəsi rəsmi olaraq tanıdılıb. Beləki, ilk test sırasında Tesla ModelX ilə tunelin bir ucundan digər ucuna qaz pedalına belə toxunmadan hərəkətdə olub.

Hyperloop layihəsinin məqsədi, insanların şəhər içində müəyyən bir nöqtəsindən digər nöqtəsinə tıxacda qalmadan məsafəni sürətli şəkildə şəhərin altında çəkilən tunellə qısa meddətə getməsinə imkan yaratmaqdır. Ancaq, Hyperloop-u şəhərdaxili metrodan ayıran ən əhəmiyyətli amil, avtomobillərin belə onun vasitəsi ilə hərəkət edə bilməsidir.

Qeyd edək ki, açılış zamanı Tesla Model X, SpaceX-in Los-Ancelesdəki stansiyasından  O-Leary  Station-a doğru məsafəni qət edib. Hyperloop sistemində avtomobillər, elektriklə işləyən bir platforma üzərində dayanaraq məsafəni qət edirlər. Bu platforma, üzərindəki nəqliyyat vasitəsini  varacağı nöqtəyə qədər daşıyır və maşın sahibi, ünvana çatdıqda özü idarəetməni ələ alaraq yoluna davam edir. Həmçinin bu sistem qəza hallarını da sıfıra endirir.

Yenə də Hyperloop ilə bağlı ilk gələn məlumatlar o qədər də ürəkaçan deyil. Milyonlarla dollar xərclənərək inşa edilən Hyperloop-un hərəkəti zamanı  sarsıntılar yaşandığı bildirilib. CNN isə test zamanı Model X-in orta hesabla 50-55 km/san sürətlə məsafəni qət etdiyini bildirib. Şəhər içində 50-55 km/s sürətlə irəliləmək ABŞ-ın ən böyük şəhəri üçün yaxşı kimi görünsə də şirkətin vədlərini tam olaraq əks etdirmir.

Testin ardınca Twitter üzərindən bəzi bəyanatlar verən Elon Musk, Hyperloop-un yalnız Tesla avtomobillər üçün deyil, elektrik və avtomotik rejimdə çalışan bütün nəqliyyat  vasitələrinə xidmət etməklə yanaşı, tuneldə olan Boring Loop adlı daşıma vasitələrinə və velosipedlərə xidmət verəcəyini də bildirib. Elon Muska görə, Hyperloop-un 240 km/s şəhər daxili nəqliyyat sürəti ilə istifadəçilərin bir növ ışınlanlanma hissini yaşayacaqlarını qeyd edib.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır