13 şirkətin vəd etdiyi gələcək avtomobil konsepsiyası, sektorun gələcəyini müəyyən edir

  • 18 Dekabr 2018

Chip.az bildirir ki, bu avtomobillər, avtomobil şirkətlərinin gələcəklə bağlı perspektivlərini ortaya qoymağa imkan verir. Bəzi özəllikləri şişirdilmiş olsa da, bu avtomobillər, şirkətlərin nəyin üstündə işlədiklərini  və nəyə sərmayə qoyduqlarını bizlərə göstərmiş olacaq.

Texnologiyanın sürətlə inkişafı ilə birlikdə ehtimallar və imkanlar ağlasığmaz dərəcədə genişlənir. Bu imkanlardan yaxşı istifadə edərək gələcək planlarının özəyini təşkil edən şirkət avtomobillərini sizlərə təqdim edirik. İstər dizayn, istərsə özəllilkləri  zamanın qabaqlayan konsepsiyaları gördükdə avtomobil sektoruna baxışınız dəyişəcək.

Konsepsiya avtomobillərə  keçməzdən əvvəl bu konsepsiya avtomobillərdə istifadə edilən idarə etmə rejimlərinin funksiyalarına göz gəzdirək.

Dördüncü səviyyə avtomatik idarə etmə: sözün əsl  mənasında tam sərbəst avtomobil idarə etmə, digər maşın və piyadaları müəyyən edə bilmə imkanıdır. Həmçinin zolaq dəyişə, döngələrdən rahat dönə  və siqnallardan istifadə etmə özəlliyidir.

Tam idarə etməni avtomobilin ixtiyarına ermək üçün  yalnız sürücü bu rejimi aktiv etməlidir. Qeyd edək ki, avtomobilin avtomatik şəkildə bu moda keçə bilməsi mümkün deyil.  Digər bir mənfi xüsusiyyət isə yolları ayırd edə və tıxacı müəyyənləşdirə bilməməsidir.

Beşinci səviyyə avtomatik idarə etmə:  bu səviyyədə heç bir insan dəstəyinə ehtiyac yoxdur. Qaz, əyləc pedalları, sükan və ya avtomobili idarə edərkən heç bir müdaxiləyə ehtiyyac olmayacaq. Avtomobil tamamilə özü-özünü idarə edə biləcək . Həmçinin ətraf  amilləri də analiz edərək  tıxacları, ya da bənzər halları müəyyən edə biləcək.

 13 konsepsiya avtomobil:

1.Volkswagen I.D. Vizzion: beşinci səviyyə, 302 at gücü, 655 km məsafə

2.BMW iX3: 30 deqiqədə enerji yığaraq 400 km-dən çox məsafə

3.Lexus LF-1 Limitless:

4.Genesis Essentia: 3 saniyədə 100 km, 1-dən çox motor

5.Aston Martin Lagonda Vision: dördüncü səviyyə

6.Renault EZ-Go: dördüncü səviyyə

7.Nissan Xmotion: rəqəmsal ayna və mimika ilə idarə etmə sistemi

8.Volvo 360c:

9.Volkswagen Atlas Cross Sport:

10.Lexus LC 500 Inspiration: 471 at gücü, 5.0 V8 motor

11.Hyundai Le Fil Rogue:

12.BMW M8 Gran Coupe:

13.Porsche Mission E Cross Turismo: 600-dən çox at gücü, 400

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər