Vine platformasının banisi Kolin Kroll, mənzilində ölü tapıldı

  • 17 Dekabr 2018

Chip.az bildirir ki, Colin Krollun mənzilində tapılan cəsədinin yanında narkotik maddələrin olması barədə məlumat  yayımlanıb. Beləki, 35 yaşında və olduqca uğurlu karyeraya sahibi olan Kolin Krollun, həddindən artıq dozada istifadə etdiyi narkotik səbəbiylə öldüyü güman edilir.

Qeyd edək ki, Krollun telefonuna dəfələrlə zəng edən və cavab ala bilməyən sevgilisi vəziyyət barədə hüquq-mühafizə orqanlarına xəbər verib. Axtarışlar nəticəsində Kroll, Nyu-Yorkdakı mənzilindən ölü olaraq tapılıb.

Vine-nın banisi və HQ Trivia-nın tərəfdaşı olan Colin Kroll, 2012-ci ildə yaratdığı platforma ilə olduqca məşhurlaşdı. 2014-cü ilə qədər Twitter-in Baş Direktoru vəzifəsini yerinə yetirən Kroll, qovulmadan qısa müddət əvvəl dostu Dom Hofmann ilə ötən il ərzində qurduqları və dərc olunduqdan sonra xaricdə olduqca viral tətbiq kimi tanınan HQ Trivia-da fəaliyyət göstərməyə başladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır