Youtube, 58 milyondan çox videonu platformasından sildi

  • 15 Dekabr 2018
  • 86

Chip.az bildirir ki, Youtube, platformasında vacib bildiyi qaydaların pozulması səbəbindən  çox sayda  videonu silindiyini açıqladığı son rüblük hesabatını dərc edib. Hesabata əsasən, platformadan iyul və sentyabr ayları arasında 7.8 milyon video, təxminən 1.7 milyon kanal224 milyondan çox şərh silinib.

Şirkət, bu haqda açıqlama verərək: "Platformadakı təcavüzkar məzmunları tapmaq və şəffaf şəkildə aradan qaldırılması üçün insanların şərhlərini incələyəcək süni zəka texnologiyasından istifadə edirik.” – deyə bildirilib.  

Beləki, 7.8 milyon videodan çoxu, Youtube-nin qoyduğu qaydaları pozduğu üçün yayımdan qaldırılıb. Bu videoların 81%-i şirkətin avtomatlaşdırılmış sistemi tərəfindən aşkar edilib. Qaldırılan videoların təxminən dörddə üçü spam videolar, uşaq təhlükəsizliyini təhdid edən və porno məzmununa malik olan videolardırki, bu da silinən materialların 10%-ni təşkil edir. Videoların yalnız 0.4%-i ifrat dərəcədə  şiddət ehtiva edib.

Kanallar isə platformanın qaydalarını pozmaları səbəbindən 3 xəbərdarlıq edildikdən sonra bağlanıb. 1.7 milyon kanalın 80%-i spam videoları yayımladığı üçün ,12-%-dən çoxu porno məzmun etiva etdiyi üçün, 4.5-%-i isə uşaq təhlükəsizliyi qaydalarının pozulduğu üçün platformadan tamamilə silinib. Bu kanallarla birlikdə 50.2 milyon video yayımdan qaldırılıb.

Silinən 224 milyondan çox şərhin də sözü gedən qaydaları pozmasından irəli gəlir. Qaldırılan şərhlərin 99.5%-i isə Youtube-nin avtomatik sistemi tərəfindən aşkar edilib.

Qeyd edək ki, Youtube-un, əvvəllər uyğunsuz uşaq və ekstremizm videoları üzündən problemləri olmuşdu. Həmçinin, Avropa Birliyi də Google, FacebookTwitter kimi platformalara, ekstremizm əks etdirən videoları bir saat içində yayımdan qaldırmaları istiqamətində ciddi bəyənatda vermişdi.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Nazir Ramin Quluzadə Çində “Huawei” və “China Telecom” şirkətlərinin rəhbərliyi ilə görüşüb

Səfər çərçivəsində adıçəkilən komissiyanın həmsədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevlə birlikdə “Huawei” şirkətinin rəhbərliyi ilə gö

Samsung Galaxy10-un təqdim edilmə tarixi məlum oldu

Chip.az bildirir ki, Samsung şirkətinin 20 fevral tarixində keçirəcəyi Galaxy Unpacked 2019-da Galaxy S10

Evlilik üzüklərinin neytron toqquşması ilə bağlılığı

Zövqə görə müxtəlif qiymətli metallardan hazırlanan üzüklərdən istifadə olunur. Bu üzüklərin hazırlanmasında istifadə edilən qiymətli metallar yer altından çıxarıls

Telekommunikasiya sahəsində tətbiq edilən tariflər müzakirə olunub

Avropa Komissiyasının dəstəyi ilə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan seminarda nazirliyin, eləcə də “Aztelekom”, “Bakı Telefon

Game of Thrones-un yaradıcıları Netflix ilə əməkdaşlıq edəcək

''Game of Thrones'' serialının yaradıcıları David Benioff və D.B. Weiss bir çox studiya arasından Netflix-i seçərək müqavilə bağlayıb.