Chip.az bildirir ki, 780 at gücünə sahib, V12 mühərriyə malik olan bu əjdahadan yalnız 1 ədəd istehsal edilib.
Qeyd edək ki, idman avtomobilləri mövzusunda Ferrary, ilk ağıla gələn marakadır. Bu səbəbdən Ferrary markalı bir avtomobilə sahib olmaq, möhtəşəm bir hissdir. Eləcədə koleksiya həvəskarları üçün avtomobil istehsal edən Ferrary, bu şəxslərin özlərini daha da xüsusi hiss etmələrinə imkan yaradan başqa bir aləmdir.
Beləki, İtaliya avtomobil nəhənginin yalnız bir şəxsə məxsus olaraq istehsal etdiyi son model, Ferrary SP3JC oldu.
Şirkətin 1950-1960-cı illərdə istehsala buraxılan V12 mühərriyinin irsini daşıyan bu möhtəşəm roadster modeli, sürücünü 780 at gücünə malik inanılmaz bir sürətə çatmağına imkan verir.
Sifarişçinin tələbinə görə xüsusi olaraq dizayn edilən və yalnız bir ədəd istehsal olunan Ferrari SP3JC, şirkətin ən ikonik modellərindən biri olan Ferrary Spider–dən ilhamlanaraq hazırlanıb. Avtomobil, Ferrary Stil Mərkəzində həyata keçən iki illik gərgin iş nəticəsində tamamlanıb və alıcıya təqdim olunub.
Ümumilikdə oval dizayn cizgilərinə malik olmasına baxmayaraq avtomobil, Ferrary-nin yırtıcı gücünü hər cəhətdən əks etdirməyi bacarıb. Maşının mavi, sarı, beyaz rəngləri isə tamamilə fərqli, orijinal bir hava yaradır.
Sevinc Baba-zadə