Game of Thrones-un son sezonunda nəhəng buz hörümçəklərlə qarşılaşa bilərik

  • 14 Dekabr 2018

8-ci mövsümü ilə yenidən tamaşaçılarla görüşə hazırlaşan serialın belə böyük populyarlıq əldə etməsinə səbəb, gələcək mövsümdə də mütləq şəkildə gözlənilən bir-birindən maraqlı heyranedici hadisə və obrazlardır.

Chip.az bildirir ki, yayılan şayiələrə görə, növbəti sezonda nəhəng buz hörümçəklərin senariyə əlavə edilməsi gözlənilir.  Bu məxluqlar, qoca dayənin birinci mövsümdə haqqında danışdığı həmin o nəhəng buz hörümçəklərdir.

Bildiyiniz kimi, HBO, dinamikliyi qoruyub, saxlamaq üçün hər mövsüm seriala yeni bir məxluq əlavə edir. Beləki, Game of Thrones izləyiciləri serialının final mövsümündə yeni bir gizli gücə malik məxluqlarla qarşılaşa bilərlər.

Qeyd edək ki, nə ssenaridə, nə də kitabda bu hörümçəklər haqqında məlumat yoxdur. Lakin,  dayə, ilk mövsümdən bu məxluqların varlığından bəhs edib. HBO, daim CGİ effektlərinə önəm verərək, müasir izləyicini ekranlara klidləməyi bacarıb. Bəlkə bu dəfəki gizli silah, elə bu nəhəng buz hörümçəklərdir. Əgər hörümçəklərdən istifdə edilərsə, 8-ci mövsüm, bu məxluqların sözügedən serialda ilk dəfə ekranlaşdırılması olacaq.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır