Game of Thrones, Facebook platformasında ödənişli izlənilə biləcək

  • 14 Dekabr 2018

Chip.az bildirir ki, növbəti il Disney şirkətinin hər kəs tərəfindən maraqla gözlənilən atacağı addımda, Facebook-da söz sahibi olmaq istəyir. İlk addım isə məhz HBO şirkətinin yayımlarını Facebook-a gətirməkdən ibarətdir.

Beləki, gələcək sezon  Netflix tərzində bir platforma olmaq istiqamətində addımlar atan Facebook, HBO yayımımlarına gözünü dikib.

Üstəlik, Facebook bununla da kifayətlənmək niyyətində deyil. ABŞ-ın digər Pay TV kanalları ShowtimeStarz ilə də danışıqlara başlandığı və çox yaxında yeni kanalların da bu axına  qatılacağı bildirilir. Facebook bir müddətdir ki, bu sahədə ciddi addımlar atacağı barədə məlumatlar versədə premium modelə keçib, keçməyəcəkləri məlum deyildi.

Qeyd edək ki, Facebook, HBO ilə çoxdan bu əməkdaşlıq haqqında düşünürdü. Həmçinin, RecodeGame  of Thrones və digər HBO yayımlarını onlayn yayımlama hüquqlarını satın almaq üçün Facebook-un indidən bəzi razılaşmalara gəldiyi bildirilib.

Beləliklə, Facebook flatformasına pul ödənişi edərək film izləyə biləcəksiniz.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər