Tesla şirkəti, Martin Trippdən 167 milyon dollar təzminat tələb edir

  • 13 Dekabr 2018

Chip.az bildirir ki, 2018 ortalarında, Elon Muskın şirkət içində bir təxribatçının olduğunu açıqlaması ilə gündəmə gələn Martin Tripp, şirkətə məxsus kommersiya xarakterli məlumatları oğurladıqda şübhəli bilinir.

Beləki, sözügedən şəxs şirkətin rəqiblərinə informasiya sataraq və mediaya şirkət haqqında yalan məlumatlar verərək Teslaya zərər verməkdə günahlandırılır.

Trippin vəkili isə tələb olunan təzminat miqdarını absurd kimi qiymətləndirərək, Teslanın mediada çıxan xəbərlər səbəbindən səhmlərində baş verən azalmanın qəbzini müvəkkilinin adına yazdıqlarını iddia edir.

Qeyd edək ki, Musk və Tripp arasındakı yazışmalar ötən aylarda mediayada əks olunmuş və hər iki tərəfin bir-birinə təhqirlər ünvanladığı ağır sözlər diqqət çəkmişdir.

Musk isə həmin dövrdə, mediada çıxan xəbərlər səbəbiylə Teslanın iflas edəcəyinə dair təşvişə  qapılan sərmayədarlarla ağır mübahisələr yaşamaq məcburiyyətində qalmışdı.  Hətta iclasların birində səhmdarlara, "gündəlik səhm ticarəti edənlərin qazancı ya da itkisi marağımda  deyil!" deyərək, hissə qiymətlərinə deyil, sadəcə, şirkətin gələcəyinə diqqət yetirdiyini vurğulamışdır.

Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır