Youtube, elə öz platformasındakı video ilə dislike rekorları üzrə 1-ci yerdədir

  • 13 Dekabr 2018
  • 119

Hətta ən çox bəyənilməyən videolar arasında YouTube-un öz paylaşımlarıda var.

Hər gün 1 milyard saatdan çox  (1 milyard saat = 100 min il) video izlənilən Youtube platforması, istifadəçilərin fikirlərini bildirmələri üçün şərh bölməsinə , bəyənmə və bəyənməmə  imkanlarına malikdir. Çoxluqda YouTube videolarının bəyənməsi müşahidə olunsada, bəzi hallarda bəyənilməmələr daha çox üstünlük təşkil edir.  

Qısaca dislike bölməsinin dağıldığı videolar var və gəlin ilk yeddi yeri bölüşən bu videolarda nələrin olmadığına və nə qədər bəyənilməmə aldıqlarına göz gəzdirək.

Chip.az ilk 7 dislike rekordu qıran Youtube videolarının siyahısını sizi təqdim edir:

  1. 7. Rebecca Black – Friday:

Təxminən 128 milyon nəfər tərəfindən izlənilən musiqi klipi Friday, YouTube izləyiciləri  tərəfindən o qədər də bəyənilməyib. Rebecca Black Friday videosuna 906 minlik bəyənmə ilə yanaşı , 3,3 milyon bəyənməmə gəlib.

  1. 6. Luis Fonsi - Despacito ft. Daddy Yankee:

2017-ci ilin yanvar ayında paylaşılan, lakin, 2017-ci ilin yayında partlayış edən  Despacito, siyahımızda  31 milyon like ilə yanaşı 3.6 milyon dislike alaraq 6-cı sırada qərarlaşıb. Qeyd edək ki, videoya baxılma dünya əhalisinə sayına yaxın rəqəmdir.

  1. 5. PewDiePie – Can this video get 1 millon dislikes?

Feliks, qısaca izləyicilərinə videonu bəyənməmələri üçün şərait yaratdı və buna nail oldu.

  1. 4. Official Call of Duty: Infinite Warfare Reveal Trailer:

Duty of Call, ilk dəfə kosmosda rellaşan oyun kimi 3.7 milyon dislike alıb.

  1. 3. Jake Paul - It's Everyday Bro (Song) feat. Team 10:

Video 2.6 milyon like və 4 milyondan çox disklike ilə qarşı-qarşıyadır.

  1. 2. Justin Bieber - Baby ft. Ludacris:

Justin Bieber-in 16 yaşında olarkən yayımladığı Baby videosu, 10 milyon bəyənmə ilə yanaşı  9.8 milyonu bəyənməmə alıb.

  1. 1. Youtube Rewind 2018: Everyone Controls the Rewind:

Hər ilin sonunda yayımlanan və il ərzində ən yadda qalan xatirələrin yer aldığı video sanki disklike yağışına düşüb. Çünki,  yayımlanmasından düz 4 gün keçməsinə baxmayaraq video 9,8 milyondan çox dislike alıb.

Beləliklədə siyahıdanda göründüyü kimi ən çox bəyənilməmə alan  elə  YouTube platformasının öz videosudur.

Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

10 giqabayt operativ yaddaşlı ilk smartfon satışa çıxarılıb

“Black Shark Helo” adlı model daha güclü proqram təminatı, yeni soyutma sistemi, loqotip və rəngli işıqlandırmaya malik yan tərəf zolaqları ilə təchiz edilib. İşıq ef

Will Smith e-idman dünyasına böyük məbləğdə investisiya ayırıb

Chip.az  xəbər verir ki, Koreyada keçirilən League of Legends müsabiqəsində mübarizə aparan G.Genin komandası böyük məbləğdə maliyyə yardımı əldə edib. Cən

NASA aylardır xəbər ala bilmədiyi Opportunity-nin gələcəyi ilə bağlı bu gecə açıqlama verəcək: canlı yayım

Chip.az bildirir ki, 15 ildir Marsda olan və artıq qəzalı vəziyyətdəki cihazın qum fırtınasa düşdüyü müəyyən edildi.

Beləki, 2004-cü ildə qısa müdd

Elektron ipoteka və kredit zəmanət sistemi istifadəyə verilib

İpoteka və Kredit Zəmanət Fondunun yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi əhalinin və Fondun müvəkkil təşkilatlarının (banklar, sığortaçılar və qiymətlə

Xiaomi süni zaka patentləri ilə Huawei və Qualcomm-u geridə qoydu: 85-dən 11-ci sıraya qalxdı

Ağıllı telefon istehsalçılarının mütəmadi və davamlı olaraq inkişaf etməli olduğu bir reallıqdır. Xiaomi, bu istiqamətdə əmin addımlar ataraq, smartfon və di