Yaponiya, kripto vergiləri üçün yeni tənzimləmə edir

  • 13 Dekabr 2018

Qeyd edək ki, xüsusilə Asiya ölkələrində kriptoya ağır vergitutma tətbiq edilir. Lakin, müstəqil olduğu üçün üstünlük verilən kripto sikkələr məhz  bu vergilərlə öz marağını itirir. Yaponiyada həmçinin kripto sikkələrə vergi tətbiq edən ölkələr arasındadır. Yaponiyanın ən vacib siyasi xadimlərindən biri olan Takeshi Fujimaki, ölkənin kripto pul investorlarına sevindirici bir yenilik etdi.

Beləki, Takeshi Fujimaki, yeni tənzimləmədə blockchain texnologiyası və kripto pulları  dəstəkləmək üçün vergilərdə yeni düzəlişlər edəcəyini  bildirib. Hətta kiçik məbləğli  kripto pul köçürmələrinədən vergitutma ləğv ediləcək. Onun sözlərinə görə, vergi sistemində investorların mənfəət və zərərlərini nəzərə almaq lazımdır.

Takeshi Fujimaki tərəfindən bu bəyanat göstərir ki, Yaponiyada kripto pullarının vergitutmasında bir azalma olacaq.

Bundan əlavə, Hindistan və Ukraynada da bu istiqamətdə vergi tənzimləməsi gözlənilir.

Baba-zadə Sevinc 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır