Hədəf Liseyi Robototexnika üzrə dünya nəhəngi ilə müqavilə imzaladı

  • 13 Dekabr 2018

Qeyd edək ki, dünyanın 140 ölkəsində 20,000-dən artıq məktəb STEM və kodlaşdırma təhsili üçün Makeblock şirkətinin Airblock, mBot, mBlock, Maker kitləri, Ultimate, Neuron kiti, Codey Rocky, mBot Ranger və digər məhsullarından istifadə edir. 2017-ci ildə dünya üzərə 4.5 milyon insanın proqram təminatı və məhsullarından istifadə etdiyi şirkətin satış həcmi, 70%-i ixrac olmaqla, 30 000 000 ABŞ dolları olmuşdur. Şirkət hər il MakeX adlı robototexnika yarışına da ev sahibliyi edir.
Avropa, Amerika, Yaponiya və Honq Konqda şöbələri olan şirkətin məhsullarından istifadə edən məktəb sayı təkcə Fransada 6000-dən çoxdur.
Ölkəmizin STEM mərkəzli təhsil verən ilk məktəbi olan Hədəf Liseyi, Makeblock şirkətinin Azərbaycan üzrə ekskluziv nümayəndəsi olaraq mühəndislik tədrisində Makeblock məhsullarından istifadə etməklə yanaşı, şirkətlə əlaqədar mövzularda birlikdə seminarlar, təlimlər, olimpiadalar keçirmək və ortaq kurrikulum hazırlamağı nəzərdə tutan müqavilə imzaladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır