Pininfarina Battista: yeni nəsil elektriklə işləyəcək avtomobil

  • 12 Dekabr 2018

Chip.az bildirir ki, şirkətin təsisçisi Battista Firinanın adını daşıyacaq elektriklə işləyəcək avtomobil, 2019-cu ilin mart ayında keçiriləcək Geneva Motor Show-da təqdim ediləcək.

PF0 adı ilə də tanınan və Ferrary, Alfa RomeoMaseraty kimi avtomobil istehsalçılarına avtomobil dizaynı mövzusunda dəstək olan Pininfarina, özünün istehsal edəcəyi avtomobil, tamamilə elektriklə çalışır. Alfa Romeo Spider, Cisitalia 202Ferrary 275 GTB kimi modellərin dizaynında imzası olan şirkətin istehsal edəcəyi avtomobilin dizaynı qədər təqdimatınında möhtəşəm olacağı gözlənilir.

Qeyd edək ki, son zamanlar baş verən maddi sıxıntıların ardından şirkət, Hindistanın Mahindra Group tərəfindən satın alınmışdı. Satışdan dərhal sonra şirkət, tərkibində avtomobil istehsal departamenti yaratmışdı. Şirkətin qurucusu olan Battista Pininfarinanın nəvəsi Paolo, babasının xəyalının, öz adını daşıyan bir avtomobil istehsal edib, satmaq olduğunu söyləyərək bu ifadələri işlədib: "Babam, Pininfarina markalı avtomobilləri digər markalardan asılı olmadan  müstəqil istehsal etməyi və satmağı öz missiyasına çevirmişdi. Bu xəyal indi baş verir. "

İstehsal ediləcək super avtomobil 1.900 at 2300 Nm torque gücünə malikdir. Maşının, 2 saniyəlik müddətdə 0-dan 96 km/saat sürətə çata bildiyi bildirilir. Avtomobilin qalxa bildiyi maksimum sürətin 402 km/saat olduğu açıqlanıb. Dizaynı, bir çox məşhur avtomobil modelini hazırlayan Pininfarinanın dizayn departamenti tərəfindən aparılacaq.

Pininfarina Battista, 2020-ci ildən başlayaraq, ABŞ, Avropa və Asiyaya hər birinə 50 ədəd göndərməklə cəmi 150 avtomobil istehsal edəcək. Bu super avtomobilin satış qiymətinin 2-2.5 Mln dollar həcmində olması gözlənilir.

Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər