İnstagram, influecer-lər üçün yeni imkanlar üzərində işlər görür

  • 12 Dekabr 2018

Bu səbəbdən bir çox sosial media platformaları diqqətlərini həmin fonemen kütləsi çoxluq təşkil edən istifadəçilərin üzərində cəmləyir. Bu platformalardan biri də İnstagram-dır. Özünün vizual imkanları ilə son zamanlar daha çox izləyiciyə sahib sosial media platforması həmin influencer-lərlə daha peşəkar münasibətlər yaratmağa və funksianal imkanlar təqdim etməyə çalışır.

Chip.az bildirir ki, milyonlarla auditoriyası olan və hər saniyə yüzlərcə şəxsi mesaj alan influencerlər, onlara lazım olan insanlardan və ya axtardıqları məsələ haqqında gəlmiş mesajları daha asan tapmaları üçün direct bölməsində  axtarış apara biləcəklər. Hətta onlara izləyiciləri haqqında geniş statistik məlumatlar ötürüləcək. Hansı ölkələrdən neçə nəfər hesabında var, hansı saatlarda hansı mövzuları izlənilir, kimlər nə qədər bəyənmə edir və s. kimi məlumatlar influencer-lərə göndəriləcək.  

Hələlik kiçik bir qrup tərəfindən test edilən özəlliklər, faydalı olarsa, müəyyən sayda istifadəçisi olan bütün influencerlərin istifadəsinə veriləcək.

Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər