Facebook, yeni patent layihə üzərində işlər görməyi planlaşdırır

  • 11 Dekabr 2018

Chip.az bildirir ki, Facebook, istifadəçilərin olduqları və getdikləri məkanlar barədə  məlumatları təhlil edərək, növbəti gedəcəkləri yerləri əvvəlcədən təxmin edə biləcək.

Dünyanın ən böyük sosial media platforması olan Facebook, istifadəçi məlumatlarına böyük  əhəmiyyət verir. Bununda ən başlıca səbəblərindən biri şirkətin hər bir istifadəçiyə öz maraq dairəsinə  uyğun  reklam göstərməsidir ki, hədəfli reklamlar sayəsində standart bir reklam platformasına görə daha çox gəlir əldə edə bilsin.

Ancaq görünüşə görə Facebook, istifadəçilərin mövcud məlumatları ilə yekunlaşmağı düşünmür. Şirkət, yeni aldığı patent ilə birlikdə istifadəçilərin gələcəkdə edəcəkləri fəaliyyətləri təxmin edə və düzgün reklama hədəfləməyi düşünürlər.

Qeyd edək ki, zatən Facebook, Wi-Fi, bluetooth və NFC siqnalları vasitəsilə istifadəçilərin olduqları yeri müəyyən edə bilirdi.

İndi isə şirkətin Offline Trajectories adlandırılacağı yeni funksiyası mövcud yerinizi müəyyən etməklə qalmır, hazırkı məkanınızla bir əvvəlkini əlaqələndirir. Daha da əhəmiyyətlisi bu fəaliyyətləri digər istifadəçilərlə müqayisə edir.

Məsələn, axşam yeməyi yediniz, sonra kinoya getdiniz və daha sonra kinoteatrının yaxınlığındakı bir kafedə əyləşdiniz. Facebook, bu üç hərəkəti bir-biri ilə əlaqələndirir və sizinlə oxşar bir profilə malik digər istifadəçilərlə müqayisə edir. Bir istifadəçi, sizinlə oxşar bir profilə malikdirsə və yeməkdən sonra kinoya gedirsə, artıq onunda bir kafedə otura biləcəyini güman edir.

Facebook, bir sonrakı məntəqənizi təxmin edərək, sizə buna uyğun reklam göstərmə fürsəti əldə edəcək.. Beləliklə, göstərilən reklamlara klikləmək  ehtimalınız artacaq.

Ancaq hər bir patent layihə kimi, Facebookun bunu tətbiq edəcəyi dəqiq deyil. Hələlik sözü gedən funksiya nəzəriyyə olaraq qalır.

Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər