Texnologiyadan asılılıq, beynin fizioloji quruluşunu dəyişdirən xəstəliklərə səbəb olur

  • 11 Dekabr 2018

Texnologiya bəlkə də dövrümüzün ən mühüm kəşflərini bizə gətirən və günümüzün olmazsa, olmazlarındandır. Dövrümüzün tələbləri, səhiyyə, təhsil, kosmos layihələri, elmi tədqiqatlar və daha bir çox məsələ texnologiyanın köməyi ilə asanlıqla idarə edilir. Bəşəriyyət üçün bu qədər böyük əhəmiyyətə sahib bir anlayışın, gələcəyimiz üçün zərərli ola biləcəyini heç düşünmüsünüzmü?

Yeqin tez-tez nəyisə unudursunuz, başınız daha çox ağrayır, göz ağrılarınızı azaltmaq üçün onları yığırsınız və s. kimi halları özünüzdə müşahidə edirsiniz. İndi təsəvvür edin siz, texnologiyanın inkişafı ilə pillə-pillə texnoloji avadanlıqlardan istifadə edib, onların şüalarına məruz qalmısınız və sadalanan hallarla qarşılaşmısınız. Yeni dövrün dünyaya göz açan uşaqları isə artıq ana bətnindən şüalanmaya məruz qalır. Müxtəlif avadanlıqlar, smart telefonlar, planşetlər, kompüter oyunları və sayaraq bitməyəcək  müxtəlif növ texnoloji vasitələr uşaqların inkişafında, xüsusilə beyinin formalaşmasında nə kimi izlər qoyduğunu bilirsinizmi? Bəs bunun səbəbləri nədən qaynaqlanır?

Chip.az Dünya Səhiyyə Təşkilatı (World Health Orga­niza­tion) tərəfindən bu istiqamətdə aparılan araşdırma işlərinə və nəticələrini sizə təqdim edir.

Beləki, Dünya Səhiyyə Təşkilatı 300 milyon dollar büdcə ayıraraq həyata keçirməyə başladığı bir araşdırma, ağıllı cihazlarla 7 saat və daha çox vaxt keçirən uşaqların beyin quruluşunu öyrənir. Nəticələr isə həqiqətən qorxuducudur.

Tədqiqatdan indiyə qədər əldə edilən məlumatlara görə, gündə 7 və daha çox saatını ekran başında keçirən uşaqların, beyin korteksinin (beyin səthinin) ciddi formada  nazikləşdiyi aşkar edilib. Daha əvvəlki illərdə aparılan araşdırmalarda, beyin korteksinin  qalınlığının, yüksək intellekt əmsalı İQ ( intelligence quotient) ilə birbaşa əlaqəli olduğu ortaya çıxmışdı. 5 yaşından sonra yavaş-yavaş nazikləşməyə başlayan bu quruluş, yüksək zəkalı insanlarda illər keçsə də hələ də qalınlığını qorumağa davam edir.

Araşdırmaya tabe tutulan uşaqların beyin strukturlarının vəziyyəti MRİ (magnetic resonance imaging) cihazı təhlil olunur.

Tədqiqatda günün 7 saatdan daha çox ekran başında keçirən uşaqlar ilə 2 saat çəkən uşaqlar müqayisə edilib. Ekran başında daha çox vaxt keçirən uşaqların yaddaş funksiyaları, qavrayış qabiliyyətləri kimi həyati əhəmiyyət daşıyan məsələlərdə, yaşıdlarına görə ciddi mənada geri olduqları müəyyən edilib.

Tədqiqatçılar eyni zamanda iki saatdan çox texnoloji alətlərlə vaxt keçirən uşaqların belə dil və doğru düşünmə qabiliyyəti testlərindən aşağı xallar aldıqlarını qeyd edirlər.

İndiyə qədər 4500 uşağın iştirak etdiyi araşdırmalarda, hədəf 9-10 yaş arası tam 11.000 uşaq üzərində tədqiqatlar aparmaqdır.

Texnologiyanın insan inkişafı üzərindəki fiziki təsirlərini açıq bir şəkildə görən  tətqiqatçılar, indi də bu təsirlərin  emosional inkişafa və mental sağlamlığa hansı istiqamətdə təsir etdiyini araşdırmaq istəyirlər.

Bəs ağıllı telefonlar nə qədər zərərlidir?

Çində keçirilən bir araşdırma göstərir ki, hazırda  bu ölkədə yaşayan  uşaqların özlərinə aid bir telefonuna sahib olma yaşı orta hesabla 10-dur. Eləcədə bu yaşda uşaqlarda telefon və ağıllı texnoloji  cihazlara asılılıq yaranır. Təəssüf ki, bu asılılıq mental xəstəliklər, yorğunluq, depressiya kimi xəstəliklərlə müşayiət olunur və fiziki mənada da uşaqların beyinlərinə mənfi istiqamətdə təsir edir.

Avropa və Amerikada cəmi 1700 nəfərin daxil olduğu araşdırmalarda əldə edilən nəticələr isə vəziyyətin nə qədər ağır olduğunu göstərir. Nəticələrə görə insanlar tualetdə, hamamda, hətta cənazə yerlərində belə davamlı olaraq telefonlarına göz gəzdirirlər. Daha da maraqlısı isə çox insanın Wi-Fi əlaqəsinin özü üçün həyati əhəmiyyətə malik olduğunu və Wi-Fi bağlantısı üçün hətta duş almaqdan belə imtina edə biləcəklərini bildirmələridir. Beləki, siqareti belə buraxdırmağa qadir olan internet asılığı  və texnologiya,  insanların birbaşa ünsiyyətdə olmasından daha əhəmiyyətlidir.

Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır