Chip.az bildirir ki, sözü gedən sosial media proqramının direct bölməsinə səsli mesajların göndərilməsi funksiyası əlavə olunub.
Beləki, İnstagram, direct-də səsli mesaj göndərmək üçün mətn yazma hissəsinə mikrofon işarəsi əlavə edib. İstifadəçilər həmin işarənin üzərinə basaraq səs göndərə bilərlər. Lakin, hazırda maksimum 1 dəqiqəlik səsli mesaj göndərmək mümkündür.
Qeyd edək ki, səsli mesajlara bir neçə dəfə qulaq asmaq olar və onlar digər yazışmalar kimi arxiv olaraq qalır. Yeni funksiya həm Android, həmdə iOS sistemləri üçün aktiv edilib.
Baba-zadə Sevinc