Chip.az bildirir ki, Kanadanın Moose Cree adası, ölkənin bir dron şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən 2019-cu ildə adaya dərman, yemək və poçt materialları dronlar vasitəsi ilə çatdırılacaq.
Nəqliyyat problemləri olan adaya yaz aylarında yalnız dənizdən gəmi vasitəsi ilə gəlmək mümkündürsə, qış mövsümündə nəqliyyat vasitələrinin gəlişi çətinləşir. Buda sakinlərin ehtiyyaclarını ödəməkdə çətinliklərə gətirib çıxarır.
Beləki, bundan sonra ehtiyyaclar dronlar vasitəsi ilə rahat formada adaya çatdırılacaq. 10 dəqiqəlik uçuşla adaya olan məsafəni qət edən dronlar , hər dəfə 5 kilo yük daşıma özəlliklərinə sahibdir.
Şirkətin il ərzində ada sakinlərinin sayına uyğun ərzaq, yemək, yanacaq və poçt çatdıracaq bu xidmətinin qiyməti illik 2 milyon dollar təşkil edəcək.
Baba-zadə Sevinc