Atlanta hava limanında biometrik təhlükəsizlik sistemi istifadəyə veriləcək

  • 10 Dekabr 2018

Chip.az bildirir ki, yeni biometrik təhlükəsizlik layihəsi çərçivəsində, Atlanta hava limanında üz tanıma texnologiyasından istifadə ediləcək.

Beləki, üz yoxlama texnologiyası sıra gözləmə prosesini  qısaldacaq və ən kiçik  təhlükəsizlik detalları belə gözdən qaçırmayacaq. Bununlada saniyələr içərisində apraratdan keçənlərin üz cizgilərinin yoxlanılmasını tamamlayan cihaz, sərnişinlərinin rahatlığını təmin edəcək.

2019-ci ildə istifadəyə veriləcək sistemlə sərnişinlərin doqquz dəqiqəyə təyyarəyə minə biləcəkləri bildirilib.

Qeyd edək ki, üz yoxlama texnologiyasından istifadə etmək istəməyən sərnişinlər, standart keçid sistemindən istifadə edə biləcəklər.

Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır