Bakıda mülki aviasiyada ətraf mühitin mühafizəsinə dair beynəlxalq müşavirə keçirilir

  • 05 Dekabr 2018

 Sözügedən İşçi Qrupu Avropa Aeronaviqasiya Planlaşdırma Koordinasiya Qrupunun (EANPG COG) və Avropa Regional Koordinasiya Qrupunun (RCOG) İCAO-nun Paris qərargahında 16-18 may 2018-ci ildə keçirilən müştərək müşavirəsində təsis edilib.

 İki gün davam edəcən müşavirə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Tədbirin keçirilməsində məqsəd mülki aviasiyada ətraf mühitin mühafizəsi ilə əlaqədar beynəlxalq tələblərin həyata keçirilməsi üzrə məsələlərin ekspert səviyyəsində həlli yollarının araşdırılması və müzakirələrin aparılmasından ibarətdir.

 Müşavirədə İCAO-nun Avropada akkreditasiya edilmiş dövlətləri və beynəlxalq aviasiya qurumlarının ekspertləri iştirak edirlər.

 Qeyd edək ki, Azərbaycanın da 44 dövlət sırasında üzv olduğu Avropa Mülki Aviasiya Konfransı (ECAC) 3 sentyabr 2016-ci il tarixdə “Beynəlxalq Aviasiyada Karbon Qazının Azaldılması və Kompensasiyası Sxemi (CORSIA – Carbon Offseting and Reduction Scheme for International Aviation)” kontekstində Bratislava Bəyannaməsini dəstəkləyib.

 Bəyannaməyə əsasən, 2020-ci ildən başlayaraq milli aviadaşıyıcılar yerinə yetirdikləri uçuşlardan ətraf mühitə karbon emissiyalarının miqdarı barədə Dövlət Səlahiyyətli Aviasiya Orqanlarına və onlar da öz növbəsində İCAO-ya illik hesabatlar vermək öhdəliyi daşıyacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər