Çin mühəndisləri, 3D formatlı körpü üzərində işlər görür

  • 03 Dekabr 2018

Sözügedən körpü Shanghai Construction Group tərəfindən yaradılmış unikal texnologiya üzrə hazırlanıb.
 
Chip.az bildirir ki, körpü sterol-akrilonitril akrilat maddəsindən hazırlanıb. Adətən bu maddə 3D çapda prototiplərin yaradılmasında istifadə edilir. Material günəş şüaları, yağış və başqa hava şəraitinin uzunmüddətli təsirinə davamlıdır.

Shanghai Construction Group-un baş mühəndisinin müavini Çen Syaomin, körpünün hər bir kvadrat metrinin 250 kq ağırlığa dayanıqlı olduğunu bildirib. Mühəndislərin sözlərinə görə, bu körpü təxminən 30 il xidmət edəcək. 
 
Qeyd edək ki, arxitektorlar  konstruksiya üzərində 35 gün vaxt sərf ediblər. Uzunluğu 15,25 metr, eni 2,8 metr və hündürlüyü 1,2 metr olan körpü Çində qəbul edilmiş bütün inşaat normaları və qaydalarına uyğun hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır