Azərkosmos ASC, bu il 22.4 milyon dolar gəlir əldə edib

  • 03 Dekabr 2018
 
Chip.az bildirir ki, icmala əsasən 2018-ci ilin yanvar-oktyabr aylarında Azərkosmos ASC tərəfindən dünyanın 23 ölkəsinə 22,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
 
Azərkosmos ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edibr. 2018-ci ilin oktyabr ayında isə Azərkosmos ASC dünyanın 17 ölkəsinə 5,7 milyon ABŞ dolları dəyəri xidmət ixrac edib. Azərkosmos ASC-nin 2018-ci ilin 10 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malaziya, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri), Almaniya, Gürcüstan və digərləridir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər