Passport Index, 2018-ci il hesabatlarını açıqladı - Azərbaycan

  • 03 Dekabr 2018

Chip.az bildirir ki, Azərbaycan pasportu, 2018-ci ilin reytinq hesabatında 71 ölkəyə səyahət edə bilmə imkanı ilə 60-ci sırada qərarlaşıb.

Qeyd edək ki, reytinqə əsasən, Azərbaycan vətəndaşları 34 ölkəyə vizasız gedə bilərlər. Daha 37 ölkədə isə Azərbaycan vətəndaşlarına viza sərhəddə verilir. 127 ölkəyə səyahət zamanı isə azərbaycanlılar viza almalıdırlar.

Reytinqə Birləşmiş Ərəb Əmirlikləri başçılıq edir. BƏƏ vətəndaşları 167 ölkəyə vizasız səyahət edə bilərlər. 166 ölkəyə vizasız gedə bilmə imkanı ilə SinqapurAlmaniya, 2-ci və 3-cü yerləri tutub.

Qonşu ölkələrdən Ermənistan 63-cü, Gürcüstan və Türkiyə 39-cu, Rusiya 38-ci, İran isə 87-ci sırada yer alıb.

Reytinqin sonuncu sıralarında Pakistan, İraq, Əfqanıstan ölkələri yer alıb.

Bütün siyahıya və ölkələrin viza imkanlarına bu linkdən baxa bilərsiniz.

Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır