Cənubi Koreya, bu gün 5G xidmətini istifadəyə verərək adını tarixə yazdırır

  • 01 Dekabr 2018

Beləki, Cənubi Koreya mobil xidmət provayderlərinin, bu gün, yəni  dekabr ayının1-də, ilkin proqramdan dörd ay əvvəl  5G xidmətlərini, istifadəyə verməsi gözlənilir.

Chip.az bildirir ki, Cənubi Koreya, ölkənin 3 əsas telekommunikasiya şirkəti  olan - SK Telecom, KT LG Uplus ilə bu gün ölkə daxilində 5G texnologiyasından istifadəyə keçir.

Elm Nazirliyi və İKT üzrə Planlaşdırma və Əlaqələndirmə Departamentinin rəhbəri Jeon Seong-bae, 5G kommersiya planını izah etmək üçün jurnalistlərlə görüşündə bildirib ki, "3 mobil routerlər, dünyanın ilk mobil rabitədə 5G –dən istifadəyə başlayan telekommunikasiya şirkətləri kimi tanınacaq."

Qeyd edək ki, nazirlik bu barədə 2 oktyabr tarixində verdikləri açıqlamada, üç Koreya mobil operatorunun ilk olaraq smartfonlardan yox,  mobil router istifadə edərək,  5G xidmətlərini təmin edəcəklərini bildirmişdilər. Bu gün təqdim edilən bu sistemin smartfonlara əsaslanan 5G xidmətindən istifadəsi, martın əvvəlinə nəzərdə tutulub.

Nazirliyin verdiyi məlumata görə, ilk 5G xidmətlərinin əhatə dairəsinin artırılması üçün 5G şəbəkələrinin yaradılması uzun vaxt tələb edəcək.

Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır