Cargo e-Bike adlı velosiped, yük daşıma xərclərini azaldacaq

  • 01 Dekabr 2018
  • 115

Chip.az bildirir ki, Volkswagen, Cargo e-Bike adlı ən kiçik kommersiya velosipedini istehlakçılara təqdim edib. Beləki, elektrik enerjisi ilə işləyən velosipedin, yük daşıma  xərclərini minimuma endirəcəyi bildirilib. Həmçinin, Cargo e-Bike, izdihamlı bölgələrdə yük daşımanı daha da asanlaşdıracaq.

Cargo e-Bike, sürücü ilə birlikdə cəmi 210 kq ağırlıq daşıya bilmə özəlliyinə sahibdir. Tam dolu batareya ilə 100 km yol qət edə bilən cihaz, saatda 25 km sürətlə hərəkət edir. 500 Wh-lik batareyası olan Cargo e-Bike, 501 litr həcmli yük daşıma ölçülərinə  malikdir. Öz ağırlığı 40 kq olan cihaz, qapı kimi dar yerlərdən  də rahatlıqla keçə bilir. 

Yük daşıma velosipedinə, xüsusilə ticarət müəssisələrdə tələbatın olunacağı ehtimal edilir. Eləcədə ərzaq şirkətləri bu kiçik velosiped ilə müştərilərinə qida məhsullarını asanlıqla çatdıra bilərlər. Velosipedin elektrik enerjisi ilə işləməsi daşıma xərclərinin minimuma enməsini təmin edəcək.

2019-ci ildə satışa çıxması gözlənilən velosipedin satış qiyməti hələ açıqlanmayıb.

Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

iPhone bahalaşacaq

ABŞ prezidenti Donald Tramp Çindən gələn mallara vergi tətbiqini həyata keçirəcəyi üçün “iPhone”-un da bahalaşacağına səbəb olacaq.

6 dekabr – rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

Azərbaycan  rabitəsi zəngin tarixi köklərə malikdir. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində isla

Epson yeni ağıllı eynək modelini təqdim etdi

Chip.az xəbər verir ki, 2013-cü ildə “Google Glass” gələcək illərdə görə biləcəyimiz və həyatımızı daha da asanlaşdıracaq smart gözlüklər təqdim etmi

Asus Zenfone 6 modeli təqdim edildi

Chip.az xəbər verir ki, 9.2 mm incəliyində olan telefon 6.4 düymlük ekranın yuxarı hissəsində yerləşən oyuq olmayan ekran ilə istifadəyə verildi.  Asus ön kamer

Maddəni buxara çevirəcək lazer təqdim olunub

Chip.az xəbər verir ki, mart ayında günəş enerjisinin onda biri qədər gücə malik  lazer təqdim olunduğu vaxt Ruminiyalı tədqiqatçılar 10 petawatts (PW) ilə təc