Chip.az bildirir ki, hər gün sosial şəbəkələrdə artan dostluq sayını və özəl anları yalnız yaxınları ilə payalaşmaq istəyən şəxsləri nəzərə alan İnstagram, belə bir addım atmaq qərarına gəlib. Beləki, bu funksiyadan istifdə edərək yaxın dostlarınızı Close Friends (Yaxın Dostlar) siyahısına daxil edə biləcəksiniz.
Qeyd edək ki, bu funksiyadan uzun müddətdir Watsapp-da istifadə edilirdi. Artıq İnstagram-da da mövcud olan bu özəlllik bəzi paylaşımları yalnız dostlarla bölüşməyə imkan yaradacaq.
Beləliklə, hansısa hekayə paylaşımını edərkən istifadəçi həmin paylaşımın hamı üçün və ya yalnız yaxın dostlar üçün görünməsini tənzimləyə biləcək.
Gizli Hekayə paylaşımını etmək çox sadədir. Belə ki, əvvəlki qaydada paylaşım üçün istənilən hekayə formasını seçəndən sonra aşağıda əlavə olaraq yaşıl dairə görünəcək. Həmin işarəyə basıb, dostlarınızı seçməklə paylaşımı yekunlaşdıra bilərsiniz. Bu zaman hekayənizi yalnız seçdiyiniz insanlar görə biləcək.
Yeni funksiya bugündən etibarən hərkəsin istifadəsinə veriləcək.
Baba-zadə Sevinc