Amozon, yeni maşın modelinin təkmilləşdirilməsi istiqamətində yarış keçirəcək

  • 30 Noyabr 2018

Chip.az bildirir ki, kiçik ölçüləri ilə oyuncaq kimi görünən maşının istehsalı daha çox proqramçıların bu istiqamətdə yeniliklərə imza atmasına istiqamətlənib.

Amazon, otonom sektoruna atılan növbəti addım ilə bu sahəyə istiqamətlənmiş yenilikləri inkişaf etdirməyə çalışır. Bu layihələrdən biri olan DeepRacer, məhz inkişafa istiqamətlənmiş istehsaldır.

1/18 ölçülü dizayn edilən maşını Wi-Fi ilə idarə etmək mümkündür. Üzərində 4 MP kamera və sensorlar olan maşın, maneələri müəyyən edə bilmə özəlliyinə sahibdir. Bu imkanı, maşına quraşdırılan Intel Atom qurğusu yaradır.

Hazırda 249 dollara (430 azn) satılan maşın, istehsalçı tərəfindən proqramçıları maşına istiqamətlənmiş yeniliklər üzərində işləməyə  dəvət edir. Beləliklə maşının proqramında edilən dəyişikliklərlə cihazın otonom hərəkət qabiliyyətini daha da artırmaq mümkün olacaq.

Qeyd edək ki, Amazon, keçirəcəyi DeepRacer League yarışı ilə ən yaxşı proqramı seçəcək.

Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır