Sound of Light layihəsi uğurla başa çatıb

  • 30 Noyabr 2018

Süni zəkanın görüntüləri oxumaq və onları səsə çevirmək imkanını yaratmaq məqsədi ilə mütəxəssilər aylarla bu layihə üzərində işlər gördü. Huawei Made 20 Pro ilə  işləyən xüsusi bir süni zəka proqramına ilk növbədə Norveçdə qeydə alınacaq Şimal işıqları və onlardan necə istifadə ediləcəyi öyrədilib.

Sonrakı mərhələdə isə süni zəkaya, bu işıqları necə izah edəcəyi və bu yazıları necə səsə çevirəcəyi öyrədilib. İncəsənət briqadası isə süni zəkanın səs yazılarını simfonik səs yazısına çevirmək tapşırılıb.

Beləliklə, Şimal İşıqları tarixdə ilk dəfə səsləndirilmiş oldu. Huawei Made 20 Pro, bu layihəsinin ən vacib ünsürlərindən idi.

Norveçin Troms ətrafındakı açıq sahələrdə, Avrora Ovçusu Kjetil Skogli, Şimal İşıqlarını lentə almaq üçün gecə yarısı meydançaya çıxıb. Kjetilin çəkilişləri bitirdikdən sonra görüntülər, tanınmış bəstəkar Mark Sayfritz-in tərəfindən xüsusi olaraq hazırlanmış və Made 20 Pro ilə işləyən AI sistemi ilə təchiz edilmiş səs laboratoriyalarına göndərilib.

Musiqi parçaları yaradıldıqdan sonra, dünyanın ən məhşur orkestr dirijoru və bəstəkarı olan Ceyms Shearman-a təqdim edilərək,  Vyanadakı məşhur Brahms Hall-da Sound of Light simfoniyası orkestr tərəfindən səsləndirilib.

Huawei-nin Global Senior Product Marketing Manager-i Piter Gauden Sound of Light çıxışı haqqında, "Süni zəka, Huawei üçün hər zaman mühüm əhəmiyyətə malikdir. Buda bizdən əvvəlki bir çox texnoloji sıçrayış kimi, süni zəka sərhədlərimizi keçməyimiziə və daha əvvəl edə bilməyəcəyimiz şeyləri  etməyimizə kömək edir. Sound of Light, bu fikrin bariz nümunəsidir" – deyə açıqlamasında bildirib.

Beləki, layihə qrupu AI sisteminin dəstəyi ilə birlikdə Made 20 Pro-nu yeni nəsil bir super kompüterə çevirməyi bacardı. Canlı çıxış zamanı notlara çevirilən göstəricilər, Made 20 Pro –ya bağlı  synthesizer-lərin müvəffəqiyyətli istifadəsindən asılıdır.

28 Noyabrda Avstriyanın Vyana şəhərindəki Brahms Hall-da AI tərəfindən canlı nümayiş etdirilən vizual səs bəstəsi, 300 dən çox tamaşaçının iştirakı ilə gərçəkləşdirilib.  "Şimal İşıqlarının səsi nəyə bənzəyir, onlar bizə nələr söyləyir?" - sualına cavab verərən Ceyms Shearman məqsədinin "Sound of Light ilə məqsədim, bu çıxışın duyğulara xitab etdiyi məqamları aşkarlamaq və beləliklə Şimal İşıqlarını süni zəka vasitəsi ilə musiqi notlarında bizimlə danışmasına nail olmaqdır." dedi.

Musiqi bəstəkarı Mark Sayfritz - "Süni zəka ilə musiqini bir araya gətirmək yeniliklərin qapılarını aralayır. Artıq Şimal İşıqlarının görüntülərini süni zəkaya göstərib, rəng, ölçü və sürət kimi təhlillər sonra bəstəyə çevrilməsinə nail olduq. Xüsusilə dramatik bir işıq nümayişini görən süni zəka, bunu bəstələyəcəyi musiqinin bəxş edəcəyi hislərdə əks etdirə bilir. Bu sayədə bütöv bir simfoniya bəstələndi ki, bu da Huaweinin süni zəka mövzusunda çatdığı uğurun göstəricisidir." -deyə Sound of Light haqqında öz fikirlərini bildirib.

Şimal işıqlarının musiqiyə çevrilmə prosesini əks etdirən video çarxı sizə təqdim edirik.

Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır