Yeniləmə zamanı az istifadə olunan bir çox xüsusiyyətlər daha da önə çıxarıldı.
Təxminən 12 il əvvəl xidmətə başlayan Google Translate, o vaxtlar yalnız İngilis və Ərəb dillərində tərcümələrdə istifadə olunurdu. Hazırda isə Google Translate, hər il 103 fərqli dildə 30 trilyon cümləni tərcümə edən, dünyada ən çox istifadə olunan tərcümə xidmətinə çevrilib.
Chip.az bildirir ki, Google, bütün uğurlara baxmayaraq, şirkətin digər məhsulları ilə bu funksiyanı qarşılaşdıranda dinamik dizayna sahib olmadığını düşünür. Bundan başqa, Google Translate-in bəzi xüsusiyyətləri, onlara daxil olma forması asan olmadığından bütün istifadəçilər tərəfindən tanınmırdı.
Beləki, Google, tərcümə xidmətinin interfeysini yeniləyərək daha çox istifadəçinin köəyinə gələcək. Bildiyiniz kimi, əvvəlki Google Translate səhifənin solunda yerləşirdi. Yeni layihədə isə digər xidmətlər kimi düz səhifənin ortasında yer alacaq. Daha da əhəmiyyətli yenilik isə dizaynı, dinamik istifadə üçün nizamlanıb. Bu da səhifə ölçüsü dəyişəndə, proqramın buna uyğunlaşmasına yardımçı olacaq. Bununla yanaşı əvvəlki tərcümələrə də yenidən baxa biləcəksiniz.