Chip.az bildirir ki, şirkətin çərşənbə günü verdiyi açıqlamaya görə, görmə əngəlli şəxslərin İnstagram-dan istifadəsini təmin edəcək yeni xüsusiyyətlər tətbiq olunacaq. Yeni tətbiq sayəsində görmə imkanları məhdud insanların sosial mediada yüklənmiş şəkillərin özəlliklərinin izahına, bir növ tərifinə qulaq asa biləcəklər.
Beləki, yeni texnologiya, görüntüdə yer alan əşyaların şifahi tərifini yaradılacaq və səsləndirəcək. Bu xüsusiyyət, həm profildə, həm informasiya manşetində, həm də axtarış bölməsində yer alan bütün fotolar üçün istifadəyə açıq olacaq.
Qeyd edək ki, İnstagram yeni tətbiq barəsində sosial mediyada yayımladığı postda bu fikirləri bildirib:
"İnstagram-ı görmə əngəlli şəxslərin istifadəsi üçün təkminləşdirməkdən qürurluyuq. Bu gündən etibarən Feed, Explore və Profile səhifələrinə alternativ mətnlər əlavə edirik. Beləliklə görmə əngəlli şəxslər fotoşəkildə nə olduğunu dinləyərək, təsəvvür edə biləcəklər".
Həmçinin digər bir özəlliyi ilə istifadəçilərə öz təriflərini yaratmaq şansı veriləcək. Şəkil yükləmə zamanı istifadəçilərə öz izahlarını səsləndirməyi təmin edəcək olan bu vasitə sayəsində, görmə əngəlli insanların süni zəkanın yaratdığı standart mətnlərdən asılılığı da azaldılacaq.
Baba-zadə Sevinc