DJI Osmo Pocket kamerası satışa buraxıldı

  • 29 Noyabr 2018

Çinin kamera istehsalçısı olan Da-Jiang Innovations Science and Technology Co., Ltd. ya da qısa adı ilə tanınan DJI - Osmo -nun ən yeni üzvü DJI Osmo Pocket rəsmi olaraq təqdim edilib. Seriyanın digər üzvlərinə görə daha çox yığcam dizayna malik olan cihaz, mövcud kameraların imkanlarından heç də geri qalmır.

Chip.az bildirir ki, yeni DJI Osmo Pocket, 1/2.3 düyümlük 12mp-lik bir kameraya sahibdir. 4k 60fps video yazını dəstəkləyən bu kamera, 3 ferqli sabitləmə texnologiyası sayəsində həm hərəkətli, həm də sabit videolarda tam qüsursuzluq vəd edir. Bundan əlavə cihazın üzərində yerləşən və əllə idarə olunan ekran, Osmo Pocket-i idarə etməkdə sizə tam nəzarət imkanı yaradacaq.

DJI Osmo Pocketın ən böyük xüsusiyyəti isə ölçüsüdür. Demək olar ki, sıfır görüntü keyfiyyətsizliyi ilə  4k 60fps video qeydiyyatı həyata keçirdən bu cihaz, təxminən bir "ağıllı" telefon böyüklüyündədir. Bu sayədə cihazı bir çanta əvəzinə cibinizdə belə daşıya bilərsiniz.

Hazırda sifarişə mümkün olan cihazın qiyməti 349 dollar, yəni, 595 azn-dir.

Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər