Lakin, fərqli qiymətlər və yalnış kampaniyalar müştərilərin səbəti tərk etmə hallarını 60% artırır. Bəs bunun qarşısını almağın yolları nələrdir?
Cenk Çiğdemli, e-ticarət (electron ticarət) bazarına qoşulan fərqli markaların yaratdığı dəyişiklik və rəqabətin hər keçən gün daha da artdığını qeyd edərək bildirir ki, "Saytların hazırki rəqabətə qarşı ziyarətçiləri itirməmək üçün xüsusi kampaniya modelləri tətbiq etməkləri lazımdır. Ziyarətçilərin, e-ticarət saytına daxil olması, məhsula baxması, hər hansı bir məzmun səhifəsini araşdırması, məhsulu səbətə əlavə etməsi və hətta tam saytdan ayrılmasına yönələn hərəkətləri izləməli, istifadəçi davranışları qiymətləndirilməli və tam anında ziyarətçinin diqqəti çəkilməlidir." O, bu istiqamətdə baxışları satışa çevirəcək 9 əsas addımı sıralayıb.
İnternetdən düzgün alış-veriş etməyin qaydaları başlıqlı xəbərdə onlayn alış-verişin incəliklərindən bəhs etmişdik. Bu dəfə Chip.az komandası olaraq şirkət və ya markaların, düzgün onlayn satışı necə həyata keçirə bilərlər sualına Cenk Çiğdemlinin 9 addımı ilə cavab verməyə çalışacağıq.
Cenk Çiğdemlinin e-ticarətdə istifadəsi mütləq olan 9 addımı.
- Bütün məhsullarda 50% endirim fürsəti
Xüsusi kampaniya günlərində tez-tez üstünlük verilən və ehtiyatları azaltmağa yönəldilən ilk model məhsullara tədbiq edilən faiz güzəştləridir. Bütün məhsullarınız etibarlı olmaqla yanaşı, yalnız bu günlərə xüsusi 50%-ə kimi fərq yaradacaq bir endirim etmək diqqət çəkicidir
- Səbətdə əlavə güzəştlər
Geyim, elektron və ayaqqabı kimi çeşidlər endirimlər zamanı ən çox üstünlük verilən məhsullardandır. Bu məhsullara əlavə olaraq səbətdə müəyyən faiz və ya məbləğ həcmində endirimlər təqdim etmək təsirlidir. Səbət addımında verəcəyiniz hər bir endirim imkanı ən təsirli satış strategiyanız olacaq.
- Ödəmə üsuluna görə endirim
Səbəti tərk etmə hallarına təsir edən səbəblərin başında ödəmə addımında alıcıların gözlənilməz qiymətlərlə qarşılaşmasıdır. Tam ödəmə addımında kredit kartı, ödəniləcək məbləğ və ödəmə vasitəsinə uyğun kampaniyalar keçirilə və ya hədiyyə çeki təklif edilə bilər. Ödəniş məbləğinə uyğun yönəlmiş kampaniyalarda isə əlavə endirim imkanları yaradılmalıdır. Bu addımda ziyarətçi ya imtina edir, ya da sifarişi tamamlayaraq. əlavə endirim imkanı əldə edir. Alıcılar ödəmə addımında əlavə olaraq 5%, 10%... şəklində səbət məbləğinə görə endirimlərinizlə qarşılaşır ki, bu da ödəmə addımında imtina etmə faizlərini aşağı salmağa yardımçı olacaq önəmli bir strategiyadır..
- Endirim kuponu ilə hərəkətə keçin
Xüsusilə də özəl günlərdə saytınızdan alış-veriş edilməsi və ya satışın həcmini artırılması üçün kuponlar önəmlidir. Pop (Post Office Protocol) və ya sabit bir banner köməyi ilə, ya da tam saytınızı tərk edəcəkləri anda ziyarətçilərinizə ilk sifarişdə istifadə edə biləcəyi bir kupon kodu hədiyyə edin . Kupon kodu həm yeni ziyarətçiləri yeni müştəriyə çevirəcək, həm də yeni müştəriləri davamlı müştəriyə çevirəcək yardımçı vasitədir. Yəni siz ziyarətçiyə tam saytdan edəcəyi anda "Dayan, getmə bax, sənə xüsusi hədiyyə çeki təklif edirəm!" -deməlisiniz.
- X al Y ödə kompaniyaları
Bu model xüsusən pərakəndə satış istiqamətində möhtəşəm diqqət çəkən bir kampaniya modelidir. Bu model onlayn satışda səbət həcmini artırmağa və ehtiyatları azaltmağa olduqca təsirlidir. Bu metod yeni mövsüm məhsullarını önə çıxarmaq, ya da hər hansı bir markanın sifariş həcmini yüksəltmək üçün istifadə edilə bilər.
- Güzəştli məhsullara özəl kateqoriya açın
2-ni alana 1-i hədiyyə və ya 2 al 1 ödə. Bütün endirim günlərində xüsusi məhsulları yalnız bir kateqoriyada toplayın. Həmin məhsulların asan tapılması məqsədilə ən öndə bu haqda ya məlumat yerləşdirin, ya da həmin bölməyə yönəldəcək əlavə kateqoruyadan istifadə edin.
- Çatdırılma kompaniyalarını unutmayın
Onlayn satış saytlarının xüsusi günlərdə həyata keçirdikləri ən təsirli kampaniya modellərindən biridir. Satışda məhsulların ya çox az qiymətə, ya da pulsuz çatdırma startegiyasını tədbiq etməyiniz endirim günlərində əlavə olaraq səbət həcmini artıracaq.
- Elektron hesabınızla son gedişinizi edin
Səbətinə məhsul vuran üzüvlərinizin və ya sizinlə əlaqədə olan müştərilərinizin mail ünvanlarına kompaniyalarınız haqqında məlumat göndərin. Sizdən niyə alış-veriş etməli olduqlarını göstərin və mesajı uyğun, cəlbedici şəkillə tamamlayın.
- Müddətli POP (Post Office Protocol) ilə süpriz fürsətləri
Hər hansı bir marka, kateqoriya və ya məhsul səhifəsində olan ziyarətçilərə, müəyyən bir müddətdən sonra pop çıxararaq, ziyarətçiyə heç gözləmədiyi bir anda endirim təqdim edin. Bu satışları artırmaqda təsirli olacaq.
Baba-zadə Sevinc