Eşitmə qüsurlu insanlar yeni texnologiya ilə musiqi dinləyə biləcək

  • 26 Noyabr 2018

Yeni texnologiyanın eşitmə qüsurlu insanlara kömək edəcəyi bildirilir.

Chip.az bildirir ki, texnologiyaya akkumulyatorlu iki bilərzik, topuğa bərkidilən iki zolaq, eləcə də çiyin və kürəkdən keçən zərli qaytan daxildir. Bu dəst istifadə zamanı otağın səs kompleksinə qoşularaq dəridəki ötürücülərə elektrik impulsları ötürür. Hər impuls müəyyən musiqiyə görə cavabdehlik daşıyır.

Qeyd edək ki, insan dərisi 10-1000 QHs tezliklərini 2000 QHs tezliyinə nisbətdə bir neçə dəfə daha azmüəyyənləşdirir. Lakin, buna baxmayaraq o səs siqnalının amplituda və intensivlik dəyişikliyini çox yaxşı hiss edir. Music: Not Impossible sistemi məhz bu məlumatlar əsasında qurulub.

Qurğunun kommersiya variantının 2019-cu ildə təqdim ediləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır