2020 Range Rover Evoque yeni dizaynı ilə təqdim edildi

  • 24 Noyabr 2018

Chip.az avtomobilin özəllikləri haqqında məlumatı sizə təqdim edir.

Beləki, ölçülərində  elədə böyük fərq bilinməyən  yeni Evoque-də PTA platformasından istifadə edilərək salon həcmi artırılıb.

Arxa oturacaqlarda ayaq məsafasi 20 mm daha uzadılaraq modelin baqaj hissəsi ötən illərlə müqayisədə 6 faiz artıq. Yəni 591 litr həcmində genişləndirilib. Arxa oturacaqları qatladığınızda isə bu həcm 1383 litrə qədər artır.

İkinci nəsil  yeni Evoque,  markanın digər yeni modeli Velar ilə oxşar dizayn elementlərinə sahibdir. Jaguar Land Rover ailəsinin yeni modellərinin ön iç tərəfinin dizaynı, Evoque modelində də yer alacaq.

Başlıq altına (kapota) dörd silindrli 2.0 litrlik benzin dizel mühərrikləri yerləşdirilib. Avtomobil, dizel mühərrikdə 150, 180 və 240 at gücündə işlədiyi halda, benzin mühərriklə bu 200, 250 və 300 at gücünə qədər artır.

SUV (Sport Utility Vehicle) 2020 Range Rover Evoque,  600 milimetr suyun dərinliyində belə işləmək imkanına sahibdir. Həmçinin ClearSight GroundView adlı sistem, radiatorda yerləşdirilən kameralar və yan güzgülər avtomobilin ön hissəsinin  altında nəyin olduğunu əks etdirə bilər.

Avtomobilin imkanları 6 fərqli sistemi (General, Eco, Sand, Grass-Gravel-Snow, and Mud & Ruts) ona istənilən şəraitdə işləmə imkanı yaradır. Süspansiyon  və elektron sistemləridə mövcud  şəraitə uyğun olaraq asanlıqla dəyişdirilə bilər. Yerdən 212 mm-lik yüksəkliyi olan avtomabilin ön və arxa hissələrinin məsfə ölçüsü 2530,6 dərəcədir.

Qeyd edək ki, avtomobilin qiyməti və digər detalları gələcək ilin fevralında Chicago Auto Show-da açıqlanacaq.

Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər