Chip.az bildirir ki, Ad-pods adlandırılan yeni tətbiq fasiləsiz şəkildə video izləməyə yardımçı olacaq. Videoların əvvəlində iki ard-arda reklam yerləşdirməklə şirkət, video materialların axınını daha az pozacaq bir sistem inkişaf etdirməyi hədəfləyir.
Beləki, videolarda müstəqil şəkildə göstərilən reklamlar yerinə başlanğıcda iki reklam veriləcək. Buda bir-birindən əlaqəsiz və sistemsiz yayımlanan reklamların izləyicini bezdirməsinin qarşısını alacaq. Yeni reklam təcrübəsi bu ildən kompüterlərdə sınaqdan keçiriləcək. Müxtəlif mərhələlərdən sonra mobil cihazlarda da yenilənəcək.