1994-ci ildən izləyicilər tərəfindən sevilən Aslan Kral, aldığı bir çox mükafatlarla hələ də tarixin ən yaxşı cizgi filmlərdən biri kimi yaddaşlarda qalıb.
Beləki, şirkət həmin animasiyanı yenidən ekranlaşdırmaq qərarına gəlib. Orijinal Aslan Kral-ın əksinə, bu dəfə filmi live-action (real görünən animasiya) şəklində çəkilməsinə üstünlük verilib.
Chip.az bildirir ki, artıq izləyicilərə təqdim olunan fraqmentdən göründüyü qədəri ilə yeni film əvəlki animasiyanın davamı deyil.
Con Favreau rejissorluq etdiyi cizgi filmi səsləndirənlər arasında Donal Glover, Seth Rogen və Keegan-Michael Ki kimi adlar çəkilir.
Animasiya kinoteatrlarda 2019-cu ilin 19 iyul tarixindən yayımlanacaq.
Animasiyanın yayımlanan praqmentini sizə təqdim edirik.
Baba-zadə Sevinc