Facebook saatınıza nəzarət edəcək

  • 21 Noyabr 2018

Qeyd edək ki, bir neçə gün öncə İnstagram-da keçirdiyiniz zamanı idarə edə biləcəyiniz barədə xəbər yayımlamışdıq.

Lakin, Facebook bunu daha öncədən qərara alıb və artıq tətbiq etməyə başlayır. Sözü gedən tətbiq bütün hesablarda yenilənməyə hazırdır.  Beləki, artıq Facebook-da belə vaxtınızı idarə edə biləcəksiniz.

Chip.az bildirir ki, Your Time on Facebook adlanan yeni tətbiq  həm gündəlik, həm  həftəlik, həm də ümumi statistikanı müəyyən edə biləcək. Hətta  gündəlik vaxt limiti ayarlamaqla zamanınızı idarə edə biləcəksiniz.  Məsələn,  Facebook-a gün ərzində  1 saatdan çox vaxt ayırmaq istəmirsinizsə, 1 saatlıq limit seçə bilərsiniz. Beləliklə də hesabınız, 1 saat başa çatdıqdan sonra sizə  xəbərdarlıq göndərəcək.

Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər