Chip.az bildirir ki, belə proqramlar hesabların auditoriyasını süni şəkildə artırmaq üçün istifadə edilir ki, bu da sosial şəbəkənin qaydalarına ziddir.
Məlumata görə, kompüter sistemləri şirkət tərəfindən hazırlanmış metodların köməyilə belə hesabları effektiv aşkar edə və lazımi tədbirləri görə bilər. Bu halda İnstagram belə hesabların sahiblərini pozuntular haqda məlumatlandıracaq.
Qeyd edək ki, hazırda bu prosesin işə salınması ilə bir çox hesablar yoxlanışdan keçir və onların robot deyil insan tərəfindən idarə olunması yoxlanılır.