Huawei şirkəti ilk əyilə bilən smartfonunu istehsal edir

  • 19 Noyabr 2018

Chip.az bildirir ki,  məlumatlara əsasən Huawei şirkətinin ilk əyilə smartfon modeli 8  düyüm ekranla təchiz olunacaq. Bu isə Samsung şirkətinin bu ay təqdim etdiyi əyilə bilən smartfon prototipinin ekran ölçüsündən (7.3 düyüm) böyükdür. Əyilə bilən smartfon BOE şirkəti tərəfindən istehsal edilən ekranlarla təchiz olunacaq. Qeyd edək ki, həmin şirkət Huawei Mate 20 Pro modeli üçün OLED ekran istehsalı ilə də məşğul olur.

Şirkət artıq öz əyilə bilən smartfon modelini koreyalı mobil operatorlara təqdim edib və cihaz heç də prototip deyil. O daha çox artıq hazır vəziyyətə gətirilmiş cihazı xatırladır. Görünür, Huawei şirkəti bu sahədə Samsung-a tam ciddi şəkildə rəqib olmağa hazırlaşır. Həmçinin gələn ilin əvvəlindən 5G şəbəkəsi artıq istifadəyə verilməlidir. Huawei şirkəti də öz əyilə bilən smartfon modelini məhz həmin dövrdə təqdim etməyi planlaşdırır. Gözləntilərə əsasən şirkətin ilk əyilə bilən smartfon modeli gələn ilin fevral ayında baş tutacaq MWC 2019 tədbirində təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır